İngiltərə kral ailəsi üzvü Şahzadə Harri "The Mail Sunday" qəzetinə qarşı məhkəmədə uduzub.
Bakupost.az xəbər verir ki, iftira maddəsi ilə açılan məhkəmədə hakim əksinə, Harrinin 50 min sterlinq təzminat ödəməsinə qərar verib.
Qeyd edək ki, Şahzadə Harri Daily Mail və Mail sahibi Associated Newspapers Ltd (ANL)-ə qarşı 2022-ci ildə yayımlanmış məqaləyə görə dava açmışdı.
Məqalədə Harrinin Meqanla birgə kral sarayını tərk etdikdən sonra polis mühafizəsindən məhrum edilməsi səbəbindən şahzadə ilə Baş Nazir arasında anlaşılmazlıq yarandığı və buna qarşı hüquqi mübarizəyə başlaması barədə məlumat yer almışdı.
Amma İngiltərə Ali Məhkəməsi iddiaya dair sübutların yetərli olmadığı səbəbindən Harrinin tələbini rədd etdi.