Bu qadın seçkilərdə Putinin rəqibi olacaq

13-12-2023, 09:44           
Bu qadın seçkilərdə Putinin rəqibi olacaq
Yekaterina Duntsova 2024-cü ildə Rusiyada keçiriləcək prezident seçkilərində Rusiya Federasiyasının hazırkı lideri Vladimir Putinin mümkün rəqibləri sırasındadır.

Tribunainfo.az bildirir ki, bu barədə rus KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, ixtisasca jurnalist olan 40 yaşlı qadın siyasi arenada təcrübəsi olmamasına baxmayaraq, Putinə meydan oxumaq niyyətindədir.

Bununla belə, bir sıra analitiklər hesab edir ki, onun rəsmi olaraq namizəd kimi qeydiyyatdan keçmək şansı azdır. Duntsova namizədliyini noyabrın 16-da elan edib.

Qeyd edək ki, Rusiya Federal Məclisinin Federasiya Şurası ölkədə prezident seçkilərinin 17 mart 2024-cü il tarixində keçirilməsi barədə qərar qəbul edib. Qərar 162 senatorun lehinə səsverməsi ilə yekdilliklə qəbul olunub və rəsmi dərc olunduğu andan qüvvəyə minmiş hesab ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru