Budapeştdən Kiyevə "yaşıl işıq": -Bu şərtlə razıyıq!

13-12-2023, 12:37           
Budapeştdən Kiyevə "yaşıl işıq": -Bu şərtlə razıyıq!
Macarıstan Avropa Birliyinin Ukraynaya yardımına dəstək verməyə hazırdır, lakin onun birliyə üzvlüyü Budapeşt üçün “qırmızı xətt” olaraq qalır.

Axar.az xəbər verir ki, bu barədə "Blumberq" Macarıstan Baş nazirinin siyasi məsələlər üzrə müşaviri Balazs Orbana istinadən məlumat yayıb.

Müşavirin sözlərinə görə, Macarıstan Avropa fondlarından ona nəzərdə tutulan vəsaitin buraxılması müqabilində vetonu ləğv etməyə hazırdır:

"AB-nin Macarıstan üçün vəsaiti və Ukraynaya ayrılan vəsait iki ayrı məsələdir. Lakin AB Ukraynaya maliyyənin düzəliş edilmiş AB büdcəsindən gəlməli olduğunu hesab edirsə, o zaman iki məsələ bir-birinə bağlıdır".

Qeyd edək ki, Avropa Birliyi (AB) Macarıstanı bu həftə keçiriləcək sammitdə Kiyevə 50 milyard avroluq (54 milyard dollar) yardım proqramını dəstəkləməyə razı salmaq niyyətindədir.

AB-nin ümumi büdcəsindən bu cür ödənişlər bütün üzv dövlətlərin yekdil dəstəyini tələb edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru