Separatçılar üçün amnistiya planı bu Avropa ölkəsini qarışdırdı

13-12-2023, 12:22           
Separatçılar üçün amnistiya planı bu Avropa ölkəsini qarışdırdı
İspaniyada baş nazir Sançesin 2017-ci ildə qanunsuz referendumla müstəqilliyə cəhd edən separatçı Kataloniya siyasətçilərinə amnistiya təklifi ölkədə çaşqınlıq yaradıb.

İspaniyada baş nazir Pedro Sançesin Kataloniya separatçılarına amnistiya nəzərdə tutan mübahisəli qanun layihəsinin müzakirəsinə başlayıblar. Son həftələrdə ispanlar qanun layihəsinə etiraz edirlər. Sağçı müxalifətdən Sançesə qarşı sərt tənqidlər olub. Sançes isə amnistiyanı Kataloniya problemində yeni səhifə açmaq imkanı olaraq görür.

Sözügedən qanun layihəsi 2012-ci il yanvarın 1-dən Kataloniyada müstəqillik tərəfdarı təşəbbüslərində, 9 noyabr 2014-cü il qanunsuz referendumda və 1 oktyabr 2017-ci ildə keçirilən referendumda iştirak etmiş və məhkum edilmiş təqribən 400 separatçı katalonlara şamil edilir.
publika












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru