Yenidən maska rejiminə qayıtdılar

13-12-2023, 21:36           
Yenidən maska rejiminə qayıtdılar
Çin COVİD-19 pandemiyasından sonra ilk dəfə ictimai yerlərdə maska ​​rejiminə qayıdıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu dəfə "düşmən" mikoplazma pnevmoniyasıdır.

Pandemiya dövründə olduğu kimi, sanitar normalara riayət etməyən şəxslər cəzalandırılacaq. Beləliklə, maska ​​taxmaq istəməyənlərə 500 yuan (təxminən 120 manat) cərimə yazılacaq. Çin mediasının yazdığına görə, bu, hətta 10 günə qədər həbslə nəticələnə bilər.

Çin Xəstəliklərə Nəzarət Mərkəzinin aparıcı mütəxəssisinin sözlərinə görə, yeni COVID-19 ştammları hazırkı epidemiyaya töhfə verib. Həssas əhali qrupu 15 yaşdan 59 yaşa qədər olan insanlardır və xəstələrin sayı artmaqda davam edir və səhiyyə sistemini gərginləşdirir. Bununla əlaqədar Çin hökuməti vətəndaşlara revaksinasiyadan keçməyi tövsiyə edir.

​Aytən












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru