Polşa hərbçiləri ölkəyə uçan raketin izlərinə rast gəlməyib

31-12-2023, 12:23           
Polşa hərbçiləri ölkəyə uçan raketin izlərinə rast gəlməyib
Polşa hərbçiləri dekabrın 30-da Ukrayna ilə sərhəddə dünən ölkəyə tərəf uçan Rusiya raketinin mümkün hissələrini axtarıblar.

APA-nın xəbərinə görə, bu barədə Polşa Əməliyyat Komandanlığının “Twitter“ səhifəsində məlumat verilib.

“Axtarış nəticəsi mənfi olub. Lyublin vilayətinin sakinlərinin təhlükəsizliyini təhdid edə biləcək heç nə aşkar edilməyib. Döyüşlər başa çatıb və biz əlavə çöl yoxlamaları planlaşdırmırıq”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, dekabrın 29-da ruslar Ukrayna ərazisinə raketlər də daxil olmaqla 150-dən çox hava hədəfi atıb.

Hücum zamanı Polşanın hava məkanının naməlum obyekt tərəfindən pozulduğu məlum olub. Sonradan məlum oldu ki, bu, Rusiya raketidir.

Ölkədə baş verən insidentlə əlaqədar prezident Anjey Duda hərbçilərlə təcili iclas keçirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru