İki ölkə arasında dünyanın ən uzun elektrik kabeli çəkilib

31-12-2023, 10:17           
İki ölkə arasında dünyanın ən uzun elektrik kabeli çəkilib
Böyük Britaniya və Danimarka arasında elektrik enerjisi mübadiləsi üçün dünyanın ən uzun sualtı kabeli istifadəyə verilib.

Modern.az xəbər verir ki, Böyük Britaniyanın “National Grid” energetika kompaniyasının məlumatına görə, uzunluğu 764 kilometr olan 1400 meqavatlıq “Viking Link” kabeli Birləşmiş Krallıqda 2,5 milyon evi Danimarkada istehsal edilən daha ucuz bərpaolunan elektrik enerjisi ilə təmin edəcək.

Dəyəri 1,7 milyard funt-sterlinq olan müştərək layihə üzərində çalışmalar 2019-cu ildə başlayıb və dörd il davam edib. “Viking Link” Böyük Britaniyanı kontinental Avropa ilə birləşdirən altıncı kabeldir. Analoji elektrik kabelləri Belçika, Fransa, Niderland və Norveçə də çəkilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru