Pul lazımdır: Böyük özəlləşdirmə başlayır

1-01-2024, 11:08           
Pul lazımdır: Böyük özəlləşdirmə başlayır
Ukrayna hakimiyyəti 2024-cü ildə minə yaxın obyekti özəlləşdirmək niyyətindədir.

Onların da əksəriyyəti əvvəllər özəl sahiblərdən müsadirə olunub.

Bunu Ukrayna Dövlət Əmlak Fondunun rəhbəri Vitali Koval öz teleqram kanalında bildirib. O deyib ki, 2023-cü ildə Ukraynada 431 obyekt özəlləşdirilib ki, bundan da 3,3 milyard qrivna (86,8 milyon dollar) gəlir əldə edib. Onun sözlərinə görə, 2024-cü ilin dövlət büdcəsi təxminən 1000 obyektin özəlləşdirilməsindən 4 milyard qrivna (105,3 milyon dollar) məbləğində gəlirin olması nəzərdə tutulur.

Koval bu min obyektdən 678-nin rusiyalılara məxsus olduğunu vurğulayıb. Hazırda satış üçün sənədlər hazırlanır. Bu obyektlər arasında məmur “Ocean Plaza” ticarət mərkəzinin, beton zavodunun, Timurovski karxanasının və s. adını çəkib.

2022-ci ilin yayında Ukraynada “Dövlət əmlakının sürətləndirilmiş özəlləşdirilməsi haqqında” qanun qüvvəyə minib. 2023-cü il iyulun sonunda Ukrayna Nazirlər Kabinetinin rəhbəri Denis Şmıqal bildirib ki, Dövlət Əmlak Fondu kiçik özəlləşdirməni davam etdirməli və iri özəlləşdirməyə başlamalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru