"Bavariya" öz hücumçusunu "Ən-Nəsr"ə satır

Bu gün, 17:24           
"Bavariya" öz hücumçusunu "Ən-Nəsr"ə satır
Almaniyanın "Bavariya" futbol klubu fransalı vinger Kinqsli Komanı Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubuna satmağa razılaşıb.

Oxu.Az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano "X" sosial şəbəkəsində yazıb.

Bildirilir ki, futbolçu özü artıq transferə razılıq verib.

Məlumata görə, transfer məbləği 30 milyon avro civarında olacaq. Fransız futbolçu bu həftə tibbi müayinədən keçəcək və 3 illik müqavilə imzalayacaq.

Xatırladaq ki, Koman 2017-ci ilin yayından Almaniya klubunda çıxış edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru