Lukaşenko DTK qarşısında ölkədə vəziyyətə nəzarəti gücləndirmək vəzifəsini qoyub

1-01-2024, 09:58           
Lukaşenko DTK qarşısında ölkədə vəziyyətə nəzarəti gücləndirmək vəzifəsini qoyub
Belarus Prezidenti Aleksandr Lukaşenko Dövlət Təhlükəsizlik Komitəsi (DTK) qarşısında ölkədə əməliyyat şəraitinə nəzarəti gücləndirmək vəzifəsi qoyub.

“Report” xəbər verir ki, bu barədə BelTA Komitənin sədri İvan Tertelə istinadən bildirib.

“Dövlət başçısı əməliyyat şəraitinə nəzarətin gücləndirilməsi və fövqəladə halların qabaqlanması vəzifəsini qarşıya qoyub”, – o deyib.

Onun sözlərinə görə, DTK həm ölkənin regionlarında, həm də paytaxtda bu tapşırığı yerinə yetirməyə tam hazırdır.

Tertel qeyd edib ki, “vəziyyət nəzarət altındadır”.

“Biz Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Komitəsi və Müdafiə Nazirliyindən olan həmkarlarımızla birlikdə gücləndirilmiş iş rejimində işləyirik”, - o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru