İranın hərbi gəmisi Qırmızı dənizə daxil olub

2-01-2024, 07:14           
İranın hərbi gəmisi Qırmızı dənizə daxil olub
İranın “Əlborz” hərbi gəmisi Babül-Məndəb boğazından keçərək Qırmızı dənizə daxil olub. Bu barədə “Report” “The Times of Israel” nəşrinə istinadən xəbər verir.

İranın hərbi gəmiləri 2009-cu ildən gəmilərin təhlükəsizliyini təmin etmək üçün bölgədə fəaliyyət göstərir.
Yəməndə İranın dəstəklədiyi husilər son həftələrdə Qırmızı dənizdə 20-dən çox gəmiyə hücum edib. İran husilərin müstəqil hərəkət etdiyini və İrandan heç bir təlimat almadıqlarını bildirir.

Bununla belə, Tehran keçmişdə üsyançı qruplaşmanı pilotsuz təyyarələr, qanadlı raketlər və ballistik raketlərlə təmin edib ki, onlardan bəziləri son hücumlarda istifadə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru