Şimali Koreya lideri Kim Çen In dayanan deyil

2-01-2024, 08:18           
Şimali Koreya lideri Kim Çen In dayanan deyil
Liderlər yeni il təbriklərində adətən xalqına sülh və rifah vəd edirlər, ancaq bu Şimali Koreya lideri Kim Çen Inə aid deyil. O yeni il təbrikində hərbi qarşıdurma baş verəcəyi təqdirdə ABŞ və Cənubi Koreyanın paytaxtları - Vaşinqton və Seulu məhv edəcəyi ilə hədələyib. O vurğulayıb ki, Pxenyan düşmənləri məhv etmək üçün bütün supergüclü silah arsenalından istifadə etməyə hazırdır. Kim Çen In 2024 müharibəyə hazırlığın gücləndirilməsi üçün zirvə ili olacaq.
Kim Çen Inın diktator atası və ölkənin ilk lider babası Kim İr Sen belə nüvə müharibəsindən bu qədər danışmırdılar. Kim Çen Inın sözlərini rəqiblərini qorxutmağa hesablandığını ehtimal etsək belə, Seul, Vaşinqton və Tokio təhlükənin miqyasının artdığı düşüncəsindədirlər. Şimali Koreya ötən il ərzində xeyli raket sınağı keçirib və bu raketlər bir çox ölkədə narahatlıq yaradıb. Kim Çen In raket sınaqlarını durdurana oxşamır. Onun özünü durdurmayana qədər raket sınaqları davam edəcək və beynəlxalq aləm “o nüvə silahını havaya qaldıracaq düyməyə basa bilərmi” sualından qurtulmayacaq.
Elxan Şahinoğlu
Teref: Xocanin Blogu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru