ABŞ-də gənc oğlanın çətin anları: Girdiyi vazanın içindən çıxa bilmədi - FOTO/VİDEO

10-01-2024, 18:03           
ABŞ-də gənc oğlanın çətin anları: Girdiyi vazanın içindən çıxa bilmədi - FOTO/VİDEO
ABŞ-də gənc oğlan qatıldığı şənlikdə çətin anlar yaşayıb.

O, zarafat üçün girdiyi böyük dekorativ vazanın içində ilişib qalıb və çıxa bilməyib.

Bu kadrların əks olunduğu görüntülər şənlikdə iştirak edənlər tərəfindən sosial şəbəkələrdə paylaşılıb.

“O, əvvəlcə gülürdü, lakin sonra kefi pozuldu. Qızlar onu sakitləşdirməyə və şənləndirməyə çalışırdılar, digərləri isə vazanı sındırmaq yollarını müzakirə edirdilər”, - deyə hadisə şahidlərindən biri baş verənlərdən danışıb.

Nəticədə vaza çəkiclə sındırılıb və oğlan xilas edilib. Həmin görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən gülüşlə qarşılanıb.
“Düşündüm ki, o, bütün həyatını bu vazada keçirəcək”, - deyə şərhçilərdən biri zarafat edib.

Mənbə: “İndependent”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru