Rusiyalı jurnalist Peskovun Çukotkadan maraqlı görüntülərini paylaşdı - VİDEO

11-01-2024, 09:04           
Rusiyalı jurnalist Peskovun Çukotkadan maraqlı görüntülərini paylaşdı - VİDEO
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçısı Vladimir Putinlə birlikdə Çukotkaya səfər edib.

Səfərdən ilk görüntüləri rusiyalı jurnalist Pavel Zarubin özünün “Telegram” kanalında paylaşıb. Anadır hava limanında çəkilən kadrlarda Peskovun narıncı rəngdə “Xişnik” (“Yırtıcı”) adlı böyük maşının kabinəsinə qalxması əks olunub.

“Yerli malı öyrənirik”, - deyə Peskov bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ilk dəfə Çukotkaya səfər edib. Dövlət başçısının regiona sonuncu səfəri 2008-ci ildə, Dmitri Medvedevin prezidentliyi dövründə olub. Anadıra səfərin Putinin 2024-cü ildə ilk regional səfəri olduğu bildirilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru