ABŞ-da 44 il həbs yatan şəxsin təqsirsiz olduğu üzə çıxıb

11-01-2024, 09:24           
ABŞ-da 44 il həbs yatan şəxsin təqsirsiz olduğu üzə çıxıb
Ronni Lonq adlı ABŞ vətəndaşı haqsız yerə 44 il həbsdə yatdığına görə 25 milyon dollar təzminat alacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.

Bildirilib ki, o, 1976-cı ildə soyğunçuluq və zorlama ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilib. Həmin vaxt onun 21 yaşı olub. 2020-ci ilin avqustunda isə məhkəmə ona tam bəraət verib və hökmü ləğv edib.
Onun indi 68 yaşı var. 25 milyon dollardan əlavə, yaşadığı Şimali Karolina ştatının Konkord şəhər rəhbərliyi ondan açıq məktub şəklində üzr istəyib.
“Cənab Lonqa, onun ailəsinə, dostlarına və cəmiyyətimizə böyük zərər vurmuş keçmiş səhvlərə görə peşmanıq. Cənab Lonqa və ailəsinə onlardan alınanları tam şəkildə qaytara biləcək heç bir vasitə yoxdur. Keçmiş səhvləri düzəltmək və məsuliyyət daşınması üçün əlimizdən gələni edirik”, – bəyanatda vurğulanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru