İrəvanda polis binasını zəbt edən silahlı qrup hökumətə təslim olub 31-07-2016, 23:31 Ermənistan Polisinin Patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binasını zəbt edən silahlı qrup hökumətə təslim olub.APA-nın məlumatına görə, bu barədə Ermənistan millli təhlükəsizlik xidməti açıqlama yayıb.“Antiterror əməliyyatı başa çatıb. 20 terrorçu saxlanılıb. Patrul-mühafizə alayının binası tam təmizlənib”, məlumatda deyilir. Facebook-da paylaş