Dağıstanda baş verən partlayışda 23 nəfər yaralanıb
1-08-2016, 23:20
Dağıstandakı restoranlardan birində baş verən partlayışda azı 23 nəfər yaralanıb. Yaralılardan bir neçəsi ağır vəziyyətdədir. Dağıstanın daxili işlər nazirliyi bildirib ki, avqustun 1-də Mahaçqalada baş verən bu partlayışa səbəb restoranda qaz sızması olub. Partlayış nəticəsində yanğın baş verməyib.