Rusiyanı ölümcül virus epidemiyası vurdu - 90 nəfər xəstəxanaya yerləşdirildi
2-08-2016, 13:45
Rusiyanın Yamalo-Nenentsk muxtar vilayətində Sibir xorası epidemiyası yayılıb.
Avropa.info xəbər verir ki, epidemiya nəticəsində kütləvi şəkildə qırılan maralların xəstəliyinin insanlara keçməsi təhlükəsiz yaranıb. Sibir xorası xəstəliyi şübhəsi ilə xəstəxanaya yerləşdirilən xəstələrin sayı 72 nəfərdən 90 nəfər yüksəlib. Səhhətində dəyişiklik olan insanları artıq karantinə yerləşdirməyə başlaybılar.
Sibir xorasının təsdiq olunduğu 8 nəfər əvvəlki kimi Salexard xəstəxanasında saxlanılır.
Qeyd edək ki, bu xəstəlikdən artıq iki nəfər, bir yaşlı qadın və 12 yaşlı nəvəsi ölüb.