Nadejda Savçenko aclıq aksiyasına başlayıb

2-08-2016, 16:12           
Nadejda Savçenko aclıq aksiyasına başlayıb
Ukrayna Ali Radasının deputatı Nadejda Savçenko məhbusların azad edilməsi prosesinin ləngidilməsinə etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıb.
"Report" xəbər verir ki, bu barədə "112 Ukrayna" telekanalı məlumat verib.
"Ukraynalıların girovluqdan azad edilməsi üzrə hərəkətsizlik səbəbilə bu gündən etibarən yenə aclıq aksiyasına başlayıram. Aclıq aksiyasına müsbət nəticə alınana qədər davam edəcəyəm", - deyə N.Savçenko bildirib.
Qeyd edək ki, N.Savçenko 2014-cü ilin iyul ayından Rusiyada nəzarətdə saxlanılıb. İstintaq zamanı o, bir neçə dəfə aclıq aksiyası keçirib. Bu ilin mart ayında Rostov vilayətindəki məhkəmənin hökmü ilə ukraynalı deputat 22 illiyə azadlıqdan məhrum edilib. May ayında isə Rusiya prezidenti Vladimir Putin həlak olanların yaxınlarının xahişi ilə onu əfv edib. Bundan sonra N.Savçenko vətənə dönüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.