“Həmin gün onun hakimiyyətinə son qoyulacaq”

2-08-2016, 18:48           

Gürcüstanın yeni Müdafiə naziri Levan İzoriya milyarder Bidzina İvanişvilinin adamıdır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vahid Milli Hərəkatın rəsmi nümayəndəsi İrma Nadiraşvili söyləyib. Onun sözlərinə görə, yeni müdafiə naziri ölkədəki vəziyyəti dəyişə bilməyəcək:

“Ölkə tam olaraq İvanişvilinin təsiri altındadır. Gürcüstanda vəziyyət oktyabrın 8-də dəyişə bilər. Həmin gün İvanişvilinin hakimiyyətinə son qoyulacaq”.

Qeyd edək ki, bundan öncə Vahid Milli Hərəkat Partiyası hakimiyyəti ölkənin məxfi obyektlərinin koordinatlarını Rusiyaya satmaqda günahlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru