Səudiyyə Ərəbistanında ilk: qadınlar gözəllik yarışmasına qatıldı - FOTO

20-02-2024, 15:47           
Səudiyyə Ərəbistanında ilk: qadınlar gözəllik yarışmasına qatıldı - FOTO
Səudiyyə Ərəbistanında islahatçı addımlar bir daha diqqət çəkib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, ölkədə ilk dəfə qadınlar gözəllik yarışmasına qatılıb.

“Miss Asia 2024” müsabiqəsində iştirak edən Səudiyyə Ərəbistanından Rumi Əl-Qahtani ölkəsini bu müsabiqədə təmsil edən ilk qadın olub.

Lakin müsabiqənin qalibi filippinli Dyan Şeyn Maq-Abo olub.

Səudiyyə Ərəbistanının bu addımı ölkədə baş verən dəyişiklik və genişlənmənin göstəricisi kimi önə çıxır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı radikal islamın sıx olduğu bir ölkə kimi tanınır. Lakin vəliəhd şahzadə Salmanın islahat təşəbbüsləri ilə bu imicini dəyişir.

Qadınların məşğulluğundan tutmuş sürücülük hüququna qədər bir çox sahələrdə islahatlar aparılır.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru