Polşa Ukrayna məhsullarından imtina edir – Prezident “təəssüflənirəm” dedi

27-02-2024, 15:48           
Polşa Ukrayna məhsullarından imtina edir – Prezident “təəssüflənirəm” dedi
Polşa prezidenti Anjey Duda Ukrayna məhsullarının sərhəddə blokadaya alınmasından təəssüfləndiyini bildirsə də, yerli fermerlərin tələblərini qanuni adlandırıb.

KONKRET.az xəbər verir ki, Polşa Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Mişal Kolodziejçak Ukraynanın kənd təsərrüfatı məhsullarının yerli məhsulları sıxışdırmasından və onları Almaniya bazarına yönləndirməyə məcbur etməsindən narahatlığını ifadə edib. O, fəallara Almaniya ilə sərhədi bağlamağı tövsiyə edib ki, alman hakimiyyəti Ukraynadan idxala qadağa tətbiq etsin.

Bundan əvvəl Ukraynanın ərazilərin icma inkişafı və infrastruktur naziri Aleksandr Kubrakov bildirib ki, polşalı fermerlər sərhəddə daha 160 ton Ukrayna taxılını məhv ediblər. O qeyd edib ki, bu taxıl Aİ-nin digər ölkələrinə göndərilməli idi. Rəsmi xatırladıb ki, bu, artıq Ukraynanın kənd təsərrüfatı məhsullarının dördüncü məhv edilməsi halıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.