Bu ölkə Almaniyanı 20 min fil göndərməklə HƏDƏLƏDİ

3-04-2024, 16:45           
Bu ölkə Almaniyanı 20 min fil göndərməklə HƏDƏLƏDİ
Dünyanın ən çox fil populyasiyasına malik ölkəsi Botsvananın prezidenti Mokgveetsi Masisi, Almaniyanı 20 min fil göndərməklə hədələyib.

"DogruXeber.az" xəbər verir ki, bu barədə Masisi, "Bild" qəzetinə açıqlamasında bildirib.

O, verdiyi açıqlamada Almaniya hökumətinin Afrikadakı fil populyasiyasını qorumaq üçün ov materialları və ləvazimatlarının satışını qadağan etmək təşəbbüsünü tənqid edib.

Həmçinin, təxminən 130 min filin yaşadığı Botsvanada qorunma işləri nəticəsində fil populyasiyasında partlayış olduğuna diqqət çəkən Masisi, fil sürülərinin mülklərə və məhsullara zərər verdiyini və insanların ölümünə səbəb olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru