Moldova Aİ ilə təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlıq sazişi imzalayıb

22-05-2024, 12:14           
Moldova Aİ ilə təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlıq sazişi imzalayıb
Moldova Avropa İttifaqı (Aİ) ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalayaraq, blokla belə saziş imzalayan ilk ölkə olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Aİ diplomatiyasının rəhbəri Xosep Borrell məlumat verib.

O əlavə edib ki, bu tərəfdaşlıq Moldovanın sabitliyini artıracaq: "Bu, ümumi təhlükəsizlik problemlərini birgə həll etmək, qarşılıqlı fəaliyyətimizi daha effektiv etmək və əməkdaşlığın yeni sahələrini araşdırmaq imkanı verəcək".

Moldovanın baş naziri Dorin Reçan öz növbəsində qeyd edib ki, Avropa İttifaqına qoşulmaq Moldova vətəndaşları üçün sülh və sabitliyin təmin edilməsi üçün ən yaxşı mexanizm olacaq. O əlavə edib ki, Aİ və Moldova arasında təhlükəsizlik və müdafiə tərəfdaşlığının imzalanması Moldovanın sülh, təhlükəsizlik və rifahını gücləndirəcək.

Moldova 2030-cu ilə qədər Avropa İttifaqına daxil olmağa ümid edir. Mart ayında ölkə prezidenti Maya Sandu Fransa ilə müdafiə sahəsində əməkdaşlıq müqaviləsi imzalayarkən Rusiyanı Moldovada sabitliyi pozmaq üçün yeni cəhdlərdə ittiham etmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.