Kristin Laqard Avropada inflyasiyanın nəzarət altında olduğunu bəyan edib

23-05-2024, 09:04           
Kristin Laqard Avropada inflyasiyanın nəzarət altında olduğunu bəyan edib
Kristin Laqard: “İnflyasiya nəzarət altındadır, faiz dərəcələrini endirə bilərik.”

Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard çərşənbə axşamı İrlandiyanın RTE One telekanalında yayımlanan televiziya müsahibəsində bir sıra dəyərləndirmələr edib.

O, istehlak qiymətlərindəki sürətli artımın hazırda böyük ölçüdə nəzarət altında olduğunu bildirərək gələn ay faiz endiriminin ola biləcəyini söyləyib.

“Mən həqiqətən əminəm ki, biz inflyasiyanı nəzarət altında saxlamışıq”, deyən Laqard, “Gələn il və ondan sonrakı il üçün proqnozlarımız həqiqətən hədəfə yaxındır və bəlkə də hədəfə çatır. Beləliklə, əminəm ki, biz nəzarət mərhələsinə keçmişik”, deyə əlavə edib.

Qeyd edək ki, ötən ilin payızından bəri 4 faizlə rekord səviyyədə olan ECB depozit faizinin növbəti iclasda 25 baza bəndi azaldılması gözlənilir.
Müəllif: Tamara Mustafayeva, Banco.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.