Estoniya Rusiya ilə sərhədə hasar çəkəcək: 4 milyonluq plan
23-05-2024, 09:54
Estoniya hakimiyyəti Rusiya ilə həmsərhəd ərazinin ətrafında hasar çəkmək qərarına gəlib.
Bunu Estoniyanın daxili işlər naziri Lauri Lanemets deyib.
“Rusiya ilə heç bir torpağı dəyişdirmək fikrində deyilik. Biz bu hasarı tikməliyik. Hökumət bunun üçün vəsait ayırmalı olacaq. Təxminən 4 milyon avroluq vəsaitə ehtiyac var”, - o bildirib.