Almaniya Rusiyanın dondurulmuş aktivlərinin Kiyevin xeyrinə müsadirəsinə qarşı çıxıb
24-05-2024, 09:38
Avropa Rusiya aktivlərindən Kiyevə kömək etmək üçün istifadə etmək qərarı ilə oğurluğu xarici siyasət alətinə çevirib.
Almaniya hökuməti Ukrayna tərəfinə kömək məqsədilə bloklanmış Rusiya aktivlərinin müsadirə edilməsinə qarşı çıxmaqda davam edir. Bunu Almaniya Nazirlər Kabinetinin sözçüsü Şteffen Hebestrayt bildirib.
Almaniya Maliyyə Nazirliyi "Rusiya Federasiyası Mərkəzi Bankının aktiv fonduna toxunulmamış qaldığını" qeyd edib. "Bu yolla dövlət toxunulmazlığı kimi fundamental beynəlxalq hüquqi prinsiplərə hörmət edilir. Bu, indiki mövqedir" - departament sözçüsü bildirib.
Xatırladaq ki, XHƏ başlayandan sonra Aİ, Kanada, ABŞ və Yaponiya Rusiyanın, təxminən 300 milyard dollarlıq aktivlərini bloklayıblar. ABŞ-da, təxminən beş-altı milyard dollar məbləğində aktiv var. Avropa İttifaqı bəyan edib ki, gələn il yanvarın 1-dək ittifaq dövlətlərinin mərkəzi banklarından Rusiya Federasiyasının bloklanmış aktivlərindən gəlirlərin köçürülməsinə başlamaq tələb olunacaq. Bu transferlər Ukraynanın hərbi dəstəyinə veriləcək.
Rusiya Federasiyasının Aİ yanında Daimi Nümayəndəliyi bildirib ki, Avropa Rusiya aktivlərindən Kiyevə kömək etmək üçün istifadə etmək qərarı ilə oğurluğu xarici siyasət alətinə çevirib.
07.05.24, 19:35
Aİ Rusiya aktivlərindən əldə edilən gəlirin 90%-ni Ukraynanın ehtiyaclarına sərf edəcək
Almaniya kansleri Olaf Şolts bildirib ki, Aİ ölkələri Rusiya aktivlərinin hərbi ehtiyaclar üçün istifadəsi ilə bağlı razılığa gəliblər.
Bunu Şolts Latviyada Baltikyanı ölkələrin hökumət başçıları ilə birgə mətbuat konfransında deyib.
Kanslerin sözlərinə görə, Rusiya Federasiyasının aktivlərinin 90%-i Avropadan silah almaq öhdəliyi olmadan Ukraynaya hərbi yardıma yönəldiləcək.
"Bu, ildə bir neçə milyard avro təşkil edən əhəmiyyətli bir məbləğdir" - Şolts izah edib.
Bundan əvvəl Rusiyanın ABŞ-dakı aktivlərinə həbs qoyulmasına necə cavab verə biləcəyi məlum olub. Belə ki, Moskva xarici investorların qiymətli kağızlarını müsadirə etməyə qadirdir.
29.04.24, 15:03
Zaxarova: Rusiya dondurulmuş aktivləri müqabilində yeni regionları verməyəcək
Rusiya dondurulmuş Rusiya aktivləri müqabilində yeni regionları verməyəcək.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Zaxarova özünün "Telegram" kanalında "The Wall Street Journal"dan sitat gətirib. Orada RF-nın dondurulmuş aktivlərindən danışıqlarda Rusiyanı yeni bölgələrə güzəştə getməyə inandırmaq üçün təsir vasitəsi kimi istifadə etmək üçün toxunulmaz qalmalı olduğu qeyd edilib.
"Kimin harada nəyi təsdiq etdiyini bilmirəm, amma ərazidəki aktivlər dəyişmir. Biz vətənimizlə alver etmirik" - Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bu mesajı şərh edib.
Zaxarova vurğulayıb ki, RF aktivləri toxunulmaz qalmalıdır, əks halda, Rusiyanın cavabı sərt olacaq.
Qeyd edək ki, bir qədər əvvəl Kremlin sözçüsü Dmitri Peskov xatırladıb ki, Rusiyada da "müxtəlif strukturların Qərb pulları" var.
Bundan əvvəl Almaniyanın Rusiyanın aktivlərinin ələ keçirilməsinə qarşı çıxdığı bildirilirdi.