Qərb Ukrayna və Rusiya arasında danışıqlarda maraqlı deyil - ABŞ

25-05-2024, 08:08           
Qərb Ukrayna və Rusiya arasında danışıqlarda maraqlı deyil - ABŞ
Qərb Ukrayna və Rusiya arasında danışıqlarda maraqlı deyil. Müttəfiqlər hesab edirlər ki, Kiyevə döyüş meydanında vəziyyəti sabitləşdirmək imkanı vermək daha vacibdir.

Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen deyib. O həmçinin bildirib ki, Moskva sülhdə maraqlı deyil.

“Ukraynanın döyüş meydanında sabitlik əldə etmək imkanının olması vacibdir”, - O`Brayen deyib.

Qeyd edək ki, bundan əvvəl Ceyms O`Brayen Şimali Atlantika Alyansının iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək sammit zamanı Ukraynanı NATO-ya üzv olmaq üçün dəvət etməyəcəyini bildirib.
TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru