Beynəlxalq Ədalət Məhkəməsi İsraillə bağlı hökm çıxardı

25-05-2024, 08:18           
Beynəlxalq Ədalət Məhkəməsi İsraillə bağlı hökm çıxardı
Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) İsraildən dərhal Qəzzanın cənubundakı Rəfah şəhərinə işğalçı hücumu dərhal dayandırmasını tələb edib.

Məhkəmə bu gün bununla bağlı qəbul etdiyi qərarı açıqlayıb.

Qərarda deyilir ki, Rəfahdakı humanitar vəziyyət əvvəlki məhkəmə qərarından sonra “daha da pisləşib” və oradakı vəziyyət “fəlakətli” olaraq qiymətləndirilir.

Bundan əlavə, məhkəmənin qərarına əsasən, İsrail anklav ərazisinə humanitar yardımın buraxılması üçün Qəzza zolağı ilə Misir sərhədində yerləşən Rəfah keçid məntəqəsini açmalıdır.

Bu qərar Cənubi Afrika Respublikasının BƏM-ə İsrailə Qəzzanın cənubundakı Rəfaha hücumunu dayandırmağı əmr etməsi üçün təcili müraciət etməsindən sonra verilir.

Yanvar ayında CAR Birləşmiş Millətlər Məhkəməsində keçirilən dinləmədə İsraili fələstinlilərə qarşı soyqırımı törətməkdə rəsmi şəkildə ittiham edib.

Beynəlxalq Ədalət Məhkəməsi Cənubi Afrika Respublikasının Qəzzada müharibə aparmasına görə, İsrailə qarşı qaldırdığı soyqırımı iddiasına baxmağa başlayıb.

İş üzrə İsrail Holokostdan sonra qəbul edilmiş 1948-ci il Soyqırımı Konvensiyasını pozmaqda ittiham edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.