Şiddətli hava şəraiti Texas, Oklahoma və Arkanzas ştatlarında ən azı 11 nəfərin ölümünə səbəb olub

27-05-2024, 08:24           
Bazar günü Texas, Oklahoma və Arkanzas ştatlarında evləri və sürücülərin sığındıqları yük maşını dayanacağını dağıdan güclü fırtınalar ən azı 11 nəfərin ölümünə səbəb olub və geniş dağıntı izi buraxdı.

Texas ştatının Oklahoma ştatı ilə sərhəddə yerləşən Kuk qraflığında 7 nəfərin ölümü haqda xəbər verilib. Bu ərazidə tornado mobil ev parkını dağırıb. Qasırğa həmçinin Oklahomda açıq havada toy mərasiminə toplaşan qonaqlara xəsarət yetirib. Ərazidə on minlərlə sakin elektrik enerjisiz qalıb.

“Sadəcə dağıntılardan ibarət iz qalıb. Dağıntı olduqca ağırdır”, - Kuk qraflığının şerifi Rey Sappinqton Associated Press-ə bildirib.

Şerif bildirib ki, ölənlər arasında 2 və 5 yaşlı iki uşaq var.

Sappinqton əlavə edib ki, Texasda Valley Vyu kiçik icmasının yaxınlığındakı bir evdə üç ailə üzvü ölü tapılıb.

Çoxlu insan təcili yardım maşını və vertolyotla Texas ştatının Denton qraflığında, həmçinin Dallasın şimalında xəstəxanalara aparılıb. Rəsmilər xəsarətlərin tam həcmini dərhal müəyyən edə bilməyiblər.

Arkanzas ştatının fövqəladə hallar idarəsindən Daniel Bolenin verdiyi məlumata görə, ən azı iki nəfər ölüb. Onlardan biri Bun qraflığında kiçik bir icma olan Olveydə dağılmış evin qarşısında ölü tapılan 26 yaşlı qadındır.

Daha bir nəfərin Arkanzas ştatının Benton qraflığında öldüyü bildirilir.

Rəsmilər Oklahoma ştatının Mayes qraflığında da iki ölüm faktını təsdiqləyiblər.

Bu həftə Ayova ştatında baş verən tornadolar ən azı 5 nəfərin ölümünə və onlarla insanın yaralanmasına səbəb olub.

Sinoptiklər bazar ertəsi Şimali Karolina və Virciniya ştatlarında kəskin hava şəraitinin yaranacağını bildiriblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.