Aya yüksək sürətli internet çəkildi

29-08-2016, 21:26           
Aya yüksək sürətli internet çəkildi
NASA kosmik agentliyinin mütəxəssisləri Aya yüksək sürətli internet xəttinin çəkilməsinə nail olublar.

Lent.az-ın verdiyi məlumata görə, bu layihə üzərində mühəndislər son bir neçə ildir çalışırlar. Onlar Yerdə yerləşən teleskopik antenalar və Ayın orbital peykləri arasında peyk rabitəsi kanallarını işləyib, hazırlayıblar.

Hazırda Ayda internetin sürəti bir çox ölkələrin internetindən qat-qat yüksəkdir və 622 Mb/saniyə təşkil edir. Mütəxəssislər qeyd edir ki, sonuncu dəfə siqnalın qəbulu 19,44 Mb/saniyə bəndində dayanıb.

NASA-dan bildiriblər ki, Ayda internetin olması əyləncə və ya adi təcrübə deyil. Bu, astronavtlar üçün Yerlə sürətli və keyfiyyətli əlaqə yaratmaq üçün lazım olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru