Diktator iki məmuru zenit qurğusu ilə parça-parça etdirdi

30-08-2016, 13:53           
Diktator iki məmuru zenit qurğusu ilə parça-parça etdirdi
KXDR-in rəhbəri Kim Çen Inın əmri ilə ölkənin iki yüksək vəzifəli dövlət məmuru güllələnib. Məlumatı Cənubi Koreyanın “Çunan ilbo” qəzeti yayıb. Qəzetin mənbəyinin ona verdiyi məlumatda bildirilir ki, keçmiş kənd təsərrüfatı naziri Xvan Min və təhsil nazirliyində yüksək postlardan birini tutan Ri Yon Çjin zenit qurğularından açılan atəşlə edam ediliblər. Nəşr yazır: “Edam cəzası şəxsən Kim Çen Inın əmri ilə, Pxenyan Hərbi akademiyasının həyətində yerinə yetirilib”.
Məlumatda deyilir ki, Xvan Minin güllələnməsinin səbəbi “Şimali Koreya liderinin onun siyasətlə bağlı dediklərindən narazılığı olub, Kim Çen In bunu etiraz kimi qəbul edib”.
“Çunan ilbo”nun yazdığına görə, edam olunan ikinci şəxsin günahının isə Kim Çen Inın iclasda çıxışı zamanı mürgüləməsi olub: “O, dərhal həbs olunaraq intensiv dindirmələrə məruz qalıb, ardından korrupsiyada ittiham edilib”.
Qəzet yazır ki, Kİm Çen In hakimiyyətə gələndən ilk dəfədir ki, edam edilənlər hərbi və partiya vəzifələrini tutanlar deyil: “Bu, Şimali Koreyadakı “təmizləmələr”in miqyasının böyüməsindən xəbər verə bilər. Ola bilsin ki, həm də bu il yüksək vəzifəli məmurların qaçış seriyası ilə də əlaqədardır”.
Qeyd edək ki, bundan əvvəl KXDR-də baş qərargah rəisi, baş nazirin birinci müavini, 15 nəfər yüksək vəzifəli məmur və Kİm Çen Inın dayısı, Dövlət müdafiə komitəsinin sədr müavini vəzifəsini tutan Çan Son Txek edam ediliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru