ABŞ-da inflyasiya göstəricisi may ayında azalıb

13-06-2024, 15:34           
ABŞ-da inflyasiya göstəricisi may ayında azalıb
ABŞ-da ardıcıl olaraq ikinci ay inflyasiyanın azaldığı müşahidə olunur. Bu da ilin əvvəlində baş verən qiymət artımının yavaşlaya biləcəyinə ümidverici bir işarədir.

İnfyasiya göstəricilərinin bu tendensiyası davam edərsə, Federal Ehtiyat Sistemi (FED) son 23 illin ən yüksək faiz dərəcəsini azaltmağa yaxınlaşdıra bilər.

ABŞ hökuməti çərşənbə günü bildirib ki, dəyişkən qida və enerji xərcləri istisna olmaqla istehlak qiymətləri aprel-may ayları arasında 0,2% artıb. Bu da əvvəlki ayla müqayisədə 0.3% azalma deməkdik. Oktyabr ayından bəri bu, ən kiçik artım hesab olunur.

FED rəsmiləri artan qiymətlərlə mübarizədə əldə olunan irəliləyişləri qiymətləndirmək üçün hər ayın inflyasiya məlumatlarını araşdırır.
Ümumi inflyasiya mülayim olsa belə, ərzaq məhsulları, kirayə və səhiyyə kimi ehtiyaclar üç il əvvəlkindən qat-qat bahadır. Bu da ictimai narazılığın davamlı mənbəyi və prezident Co Baydenin yenidən seçilmək istəyi üçün siyasi təhlükədir.

İqtisadiyyatla bağlı atılan adımlar iqtisadiyyatın sağlam olduğunu göstərir: İşsizlik aşağı olaraq qalır, işə qəbul güclüdür və istehlakçılar səyahət edir, yemək yeyir və əyləncəyə pul xərcləyirlər.

Benzin, aviabiletlər və yeni avtomobillərin qiymətində kəskin ucuzlaşmalar keçən iki ayda ümumi inflyasiyanı yavaşladıb.

Son aylarda bahalaşan avtomobil sığortasının qiyməti apreldən may ayına qədər azalıb, baxmayaraq ki, qiymətlər əvvəlki illə müqayisədə hələ də 20%-dən çoxdur.

Fed inflyasiya ilə mübarizə aparmaq üçün 2022 və 2023-cü illərdə sürətlə artırdıqdan sonra əsas faiz dərəcəsini təxminən bir il dəyişməz saxlayıb. Bu yüksək dərəcələr, öz növbəsində, daha bahalı ipoteka, avtomobil kreditləri, kredit kartları və istehlak və biznes borclarının digər formalarına gətirib çıxardı. İndi inflyasiya 2022-ci ilin ortalarındakı 9,1%-lik göstəricidən çox aşağı olsa da, FED-in hədəf səviyyəsindən yüksək olaraq qalır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.