Ukrayna ilə bağlı çoxdan gözlənilən qərar açıqlandı

11-07-2024, 10:49           
Ukrayna ilə bağlı çoxdan gözlənilən qərar açıqlandı
Vaşinqtonda təşkil olunan NATO Liderləri Zirvəsinin yekun bəyannaməsi dərc edilib.

Sənədə əsasən, təşkilata üzv və tərəfdaş ölkə rəhbərlərinin 2025-ci il sammiti Niderlandda, 2026-cı il sammiti isə Türkiyədə keçiriləcək.

Bəyannamədə Ukrayna ilə bağlı çoxdan gözlənilən qərar da açıqlanıb. NATO müttəfiqlərinin gələn il Ukraynaya ən azı 40 milyard dollar maliyyə ayırması qərara alınıb.

Digər tərəfdən, bəyannamədə Rusiya alyans üçün əsas təhlükə olaraq göstərilib. NATO liderləri Çini Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına verdiyi dəstəyi dayandırmağa çağırıblar.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru