Rusiya mediasından “Fərat qalxanı” ilə bağlı – Şok İddia

4-09-2016, 01:01           

Türkiyə Cerablus hərəkatı ilə Rusiya və ABŞ-ın planlarını alt-üst elədi.

Axar.az xəbər verir ki, iddianı Rusiya mediası irəli sürüb.

Məlumata görə, məsələ ilə bağlı Rusiya və Əsəd rejimi İraqın paytaxtı Bağdadda önəmli toplantı keçirərək, “Fərat qalxanı” əməliyyatını nəzarət altına ala bilmək üçün qərarlar qəbul edib:

“Əgər Rusiya istəsəydi, 72 saat ərzində silahlı qüvvələrini Suriya yığar və müxaliflərə ağır zərbə endirərdi. Eynisini ABŞ-da edə bilər və Əsədi postundan kənarlaşdırardı. Amma hazırda Suriyada vəkalət savaşı gedir. Bu iki ölkə bir-birilərini aldatmağa çalışır. Bu qütbləşmə Türkiyənin Cerablusdakı əməliyyatları ilə pozuldu”.

Məlumatda o da bildirilib ki, Türkiyə, Rusiya və Əsəd rejimi Bağdadda bir neçə dəfə dəyirmi masa təşkil edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.