Cənubi Koreyanın birinci xanımı dindirilib

22-07-2024, 17:17           
Cənubi Koreyanın birinci xanımı dindirilib
Cənubi Koreyanın birinci xanımı Kim Kyunq-hi bir keşişdən Christian Dior çantası və digər bahalı hədiyyələr alması iddialarına görə Seul Mərkəzi Dairə Prokurorluğu tərəfindən dindirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Yonhap məlumat yayıb.

“Prokurorlar Kim Gun Hee-ni bir pastordan bahalı hədiyyələr, o cümlədən Christian Dior çantasının alınması ilə bağlı qalmaqalla, habelə onun birja dələduzluğu işində iştirakı ilə bağlı sorğu-sual etdiklərini bildiriblər”, – deyə agentlik bildirib.

Materialın müəllifləri əlavə ediblər ki, prokuror Cənubi Koreyanın birinci xanımını naməlum hökumət binasında dindirib.

12 saat davam edən söhbət gecə saat 01:20 radələrində bitib.

Qeyd edək ki, çantanın dəyəri 2240 dollardır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru