İsrail səfiri Livanla müharibəyə başlamağa hazır olduqlarını bəyan edib
25-07-2024, 17:44
Səfir deyib ki, Livan "onlara başqa seçim buraxmır" və Qüds öz sərhədlərinin şimalında genişmiqyaslı hərbi əməliyyatların başlamasına hazırlaşır.
srail hərbi mövqeyini nümayiş etdirməkdə davam edir, Fələstin və Qəzza zolağından Livana keçməyə hazırdır. İsrailin Rusiyadakı səfiri Simona Qalperin 24 iyul 2024-cü ildə jurnalistlərə bildirib ki, ölkə "Livanla tammiqyaslı müharibəyə başlamağa tam hazırdır".
Bu bərədə Rusiya mediası xəbər verib.
Qalperinin sözlərinə görə, İsrail, əlbəttə ki, "müharibənin tərəfdarı deyil". Lakin Livan guya "onlara başqa seçim buraxmır" və Qüds öz sərhədlərinin şimalında genişmiqyaslı hərbi əməliyyatların başlamasına hazırlaşır.
Hazırda İsrail öz bəyanatları ilə Livana diplomatiyaya keçmək və münaqişə başlayana qədər hər şeyi danışıqla həll etmək şansı verir.
Xatırladaq ki, bir çox ərəb radikal qruplaşmaları Qəzza zolağında öldürülən on minlərlə əhalinin intiqamına cavab olaraq yaxınlıqdakı ərəb dövlətlərinin ərazilərindən İsrailə zərbələr endirirlər.
Bu yaxlnlarda "KP.RU" qeyd edib ki, BMT məhkəməsi İsrailin Fələstin ərazisində məskunlaşmasını beynəlxalq hüququ pozduğu üçün qeyri-qanuni hesab edib. Qəzzada dinc əhalinin öldürülməsi hələ də soyqırım və ya hüquqların pozulması kimi tanınmayıb.