Kiyev F-16 qırıcılarının Ukraynaya çatdırılmasını təsdiqləməkdən imtina edib
1-08-2024, 12:18
Kiyev F-16 qırıcılarının Ukraynaya çatdırılmasını təsdiqləmək niyyətində deyil.
İndex.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mıxaylo Podolyak milli telemarafonun canlı yayımında söyləyib.
“Məlumdur ki, bunu heç cür şərh etməyəcəyik, çünki bu bizim üçün sağqalma amilidir, yəni bu, aviasiya komponentidir”, – o deyib. Podolyakın fikrincə, “onun (F-16 – red.) bizdə olub-olmaması barədə danışmaq bizim vaxtda lazım deyil”.
Müşavirin sözlərinə görə, F-16 qırıcılarının Ukraynaya çatdırılmasını Qərb də şərh etməyib ki, bu da “Kiyevə də susmaq imkanı verir”. Podolyak təyyarələrin tədürükü məsələsində “müharibə dumanı” ifadəsini “yerinə düşəcəyini” vurğulayıb.
Qeyd edək ki, almancadan gələn “müharibə dumanı” və ya “qeyri-müəyyənlik dumanı” kimi tanınan ifadə müəyyən obyektiv səbəblərdən döyüş meydanında mövcud vəziyyət haqqında etibarlı məlumatın olmamasına işarə edən hərbi termindir. Sözün geniş mənasında bu termin məlumatların etibarsızlığına və ya müharibə teatrında saxlanılan qüvvələrin və mövqelərin naməlum vəziyyətinə istinad etmək üçün alleqorik şəkildə istifadə edilə bilər.
Termindən 1832-ci ildə prussiyalı sərkərdə və hərbi nəzəriyyəçi Karl fon Klauzevits tərəfindən “Müharibə haqqında” traktatında hərbi əməliyyatlar teatrındakı durum barədə məlumatların etibarsızlığını göstərmək üçün istifadə edilib.
Xatırladaq ki, daha əvvəl “Bloomberg” NATO müttəfiqlərindən F-16 qırıcılarının ilk kiçik partiyasının Ukraynaya çatdırıldığını açıqlamışdı.