Güləni qısa zamanda təhvil verməliyik- ABŞ

9-09-2016, 21:30           

Terrorçubaşı Fətullah Güləni tez bir zamanda ekstradisiya etməliyik.
Axar.az xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının üzvü, akademik Abraham Vagner deyib.
O, Gülənin ABŞ-ın sabitliyi üçün təhlükə yaratdığını deyib:
“ABŞ Güləni Türkiyəyə təhvil verib, bu bəladan xilas olmaq istəyir. Lakin ekstradisiya məsələsinin hüquqi proses olması ciddi problemdir. Bu adamı qorumanın ABŞ-a heç bir faydası yoxdur. 15 iyul qiyam cəhdi türk ordusunda kök salmış gülənçi zabitlərin işi idi. Amma bu olduqca pis hazırlanmış təxribat idi. Hədəf Ərdoğanı və təmsil etdiyi hökumət devirmək idi”.
Akademik dünyanın bir çox ölkələrində fəaliyyət göstərən Gülən məktəblərinin bağlanılmasının vacibliyini də qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru