Almaniya, Fransa və Briyaniya Qəzzada atəşkəsə çağırır

13-08-2024, 15:04           
Almaniya, Fransa və Briyaniya Qəzzada atəşkəsə çağırır
İsrailin potensial irimiqyaslı hücumla üzləşdiyi bir vaxt Almaniya, Fransa və Britaniya bazar ertəsi səhər bölgədə atəşkəsə çağırıb,

"Döyüşlər indi bitməli və HƏMAS tərəfindən hələ də saxlanılan bütün girovlar azad edilməlidir. Qəzza xalqının yardımın təcili və maneəsiz çatdırılmasına və paylanmasına ehtiyacı var," Avropa liderlərinin bəyanatında deyilir.

Sənədi Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz və Britaniyanın baş naziri Keyr Starmer imzalayıb.

Hər üç ölkə ABŞ, Qətər və Misirin 10 aydır davam edən İsrail-HƏMAS müharibəsinə son qoymaqıa bağlı son vasitəçilik planını da dəstəkləyib. Təklifdə girovların qalan hissəsinin İsrail tərəfindən həbsdə olan fələstinlilərlə dəyişdirilməsi və İsrail qoşunlarının Qəzzadan çıxarılması tələb olunub.

Sənəddə həmçinin Beyrut və Tehranda iki silahlı qruplaşma liderlərinin öldürülməsinə cavab olaraq, İran və müttəfiqləri İsrailə hücumdan çəkinməyə çağırılıb.

İsrailin müdafiə naziri Yoav Qallantın bazar ertəsi bildirdiyinə görə, ABŞ-ın müdafiə naziri Lloyd Austinlə İsrailə qarşı mümkün genişmiqyaslı hərbi hücumla bağlı müzakirələr aparıb.

Austin Birləşmiş Ştatların İsraili müdafiə etmək üçün bütün mümkün addımlar atacağını bildirib. O qeyd edib ki, ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğu gücləndirilib.

Hərbi təyyarə daşıyan "USS Abraham Lincoln" gəmisinə ABŞ Mərkəzi Komandanlığının Yaxın Şərq, Mərkəzi və Cənubi Asiyanı əhatə edən məsuliyyət zonasına hərəkətini sürətləndirmək əmri verilib. Bölgəyə idarə olunan raket sualtı gəmisi "USSS Georgia" da göndərilib.

Cümə günü İran İnqilabı Keşikçiləri Korpusunun rəsmisinə istinadən bildirilib ki, ali dini rəhbər Ayətullah Əli Xameneyi iyulun 31-də HƏMAS liderinin Tehranda öldürülməsinə görə İsraili “sərt şəkildə cəzalandırmağı” əmr edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.