Rusiya kriptovalyuta birjalarını qanuniləşdirmək üçün yeni addım atıb

15-08-2024, 16:34           
Rusiya kriptovalyuta birjalarını qanuniləşdirmək üçün yeni addım atıb
Rusiyanın maliyyə naziri Anton Siluanov kriptovalyuta birjalarının qanuniləşdirilməsi üçün Rusiya Mərkəzi Bankı ilə birlikdə çalışdıqlarını bildirib.

Siluanovun sözlərinə görə, bu qanunlar vasitəsi ilə kriptovalyuta birjaları tənzimlənəcək:

“Etməli olduğumuz əsas iş öz rəsmi qanuni kriptovalyuta birjalarımızın yaradılmasını yekunlaşdırmaqdır. Rusiya Mərkəzi Bankı ilə bu məsələni müzakirə edirik və birlikdə işləyirik. Fərqli perspektivlərə görə bunun necə ediləcəyi ilə bağlı bir həll tapa bilmədik. Biz bu prosesin qanuniləşdirilməsini istəyirik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.