İranın Suriyadakı ordusunun sayı ilə bağlı sensasion hesabat - İran hökuməti Suriyada nə axtarır?

10-09-2016, 20:49           
İranın Suriyadakı ordusunun sayı ilə bağlı sensasion hesabat - İran hökuməti Suriyada nə axtarır?
Suriyadakı vətəndaş müharibəsindən istifadə edən İranın bu ölkəyə külli miqdarda qoşun yeritdiyi məlum olub.

Avropa.info xəbər verir ki, Suriyadakı vəziyyətdən istifadə etmək istəyən İran hökumətinin bu ölkədə 60 mindən çox əsgərinin olduğu bildirilir.

İngilis mətbuatında yer alan bir hesabata görə, Suriyada İrandan və digər ölkələrdə gələn iranmeyilli terrorçuların sayı 60 mini keçib ki, bu rəqəm 50 min nəfərlik orduya sahib olduğu bilinən Əsədin hərbçilərinin sayını da keçib.

2011-ci ildə başlayan Suriya böhranından sonra Əsəd rejiminə dəstək olmaq üçün Suriyaya yerləşməyə başlayan İran müxaliflərə qarşı mübarizə aparır. Əsədlə birlikdə döyüşən və Əsədin ayaqda qalmasını təmin edən İrandan başqa ölkədə başda Hizbullah olmaqla minlərlə başqa ölkələrdən gələn silahlı var.

İngiltərədə dərc olunan “Daily Mail” qəzeti İranın Suriyadakı fəaliyyətləri ilə bağlı bir hesabat yayıb. Hesabata görə İranın Milli Müqavimət Şurası Suriyada gedən döyüşlərdə son beş ildə milyardlarla dollar pul xərcləyib. Hesabata görə İran tərəfindən Suriyada döyşən qüvvələrin sayı aşağıdakı kimidir:

İran İnqilab Keşikçiləri - 8 - 10 min arası
İran ordusu - 5 - 6 min arası
İraqlı iranmeyilli döyüşçülər - 20 minə yaxın
Əfqan iranmüyilli döyüşçülər - 15 - 20 min arası
Hizbullah əsgərləri - 7 - 10 min arası
Pakistanlı Zeynəbiyyun Briqadaları - 5 - 7 min arası












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.