İsveçin xarici işlər naziri Tobias Billstrom vəzifəsini tərk edir.
Bu barədə “X” sosial şəbəkəsində yazıb.
“Kədər və qürur hissi ilə mən bu gün Baş nazirə bildirdim ki, çərşənbə axşamı parlamentin açılışı zamanı Xarici İşlər Naziri vəzifəmi tərk edəcəyəm. Bu, asan qərar deyildi, amma üzərində bir müddətdir düşündüyüm bir qərar idi”, - o qeyd edib.
Qeyd edək ki, nazir 2022-ci ilin oktyabrından xarici işlər naziri vəzifəsini icra edir.