İtaliya sahillərində 20-dən çox miqrant itkin düşüb

5-09-2024, 12:04           
İtaliya sahillərində 20-dən çox miqrant itkin düşüb
İtaliyanın Lapmeduza adası yaxınlığında qayığın batması nəticəsində 21 miqrant itkin düşüb.

Bu barədə “Il Messaggero” qəzeti mənbələrə istinadən yazıb.

Qeyd olunur ki, 7 suriyalı yerli sahil mühafizəsinin əməkdaşları tərəfindən xilas edilib.

“Sentyabrın 1-də Liviya sahillərindən yola çıxan qayıqda 28 nəfər, o cümlədən itkin düşmüş 3 uşaq olub. Qayıq bir sutka suda üzdükdən sonra batıb”, – şahidlər bildiriblər.

Portal qeyd edir ki, xilas edilənlər İtaliyanın materik hissəsindən çox Afrika sahillərinə yaxın olan adadakı müvəqqəti qəbul mərkəzinə yerləşdiriliblər.

İtaliya hökuməti çoxlu sayda qurbanların olduğu bir sıra iri gəmi qəzalarından sonra insanların qeyri-qanuni daşınmasına qarşı mübarizə tədbirləri görməyə başlayıb. O cümlədən rəsmi Roma miqrantların təxminən yarısının gəldiyi Tunislə müvafiq müqavilələr bağlayıb. Bundan əlavə, Albaniyada miqrantların Avropada sığınacaq almaq statusunun qiymətləndiriləcəyi ekstraterritorial qəbul mərkəzi açılmalıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.