Niderland ordusu 13 il sonra özünün ilk tank batalyonunu yaradır.
İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bunu Niderlandın müdafiə naziri Ruben Brekelmans deyib.
“Bu gün Silahlı Qüvvələrimiz üçün tarixi bir gündür. Niderland ordusu 13 ildə ilk dəfə özünün tammiqyaslı tank batalyonuna sahib olacaq. Tanklar döyüş meydanında kritik və ən təsirli silah sistemi olaraq qalır”, - o bildirib.
Müdafiə naziri tankların döyüş meydanında kritik əhəmiyyət kəsb etdiyini və onların quruda ən təsirli silah sistemi olaraq qaldığını vurğulayıb.