OPEC+ ölkələri neft hasilatının könüllü azaldılmasını dekabra qədər uzadıb

6-09-2024, 17:15           
OPEC+ ölkələri neft hasilatının könüllü azaldılmasını dekabra qədər uzadıb
Rusiya və Səudiyyə Ərəbistanı da daxil olmaqla, OPEC+ ölkələri neft hasilatının bərpasını təxirə salmaq və gündəlik 2,2 milyon barel könüllü hasilat azaltmalarını dekabr ayına qədər uzatmaq qərarına gəlib.

Bu barədə təşkilatın saytında yerləşdirilən məlumatda deyilir.

Məlumata görə, OPEC+ ölkələri həmçinin hasilatı bərpa edəcəkləri qrafiki də yeniləyiblər. Belə ki, bir sıra ölkələr 2024-cü il dekabrın 1-dən alyans üzvlərinin daha əvvəl razılaşdığı kimi, 2025-ci ilin sentyabrına qədər deyil, 2025-ci ilin noyabrına qədər hasilatı tələb olunan kvotalara qədər tədricən artıra biləcəklər.

Eyni zamanda, OPEC+ ölkələri zərurət yarandıqda artımı dayandırmaq və ya parametrlərə düzəliş etmək imkanlarını özündə saxlayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru