Polşa məhkəməsi 2021-ci ildə "Ryanair" reysinin marşrutunu dəyişən üç Belarus rəsmisinin həbsinə qərar verib
8-09-2024, 08:54
Cümə günü Polşa məhkəməsi 2021-ci ildə dissident jurnalisti həbs etmək üçün "Ryanair" reysini qeyri-qanuni başqa səmtə yönləndirməkdə təqsirləndirilən üç Belarus rəsmisinin həbsinə qərar verib.
Hava hərəkətinə nəzarət rəsmiləri saxta bomba xəbərdarlığından sonra, Yunanıstandan Litvaya uçan təyyarəni Minskə endirməyə məcbur edib və jurnalist Roman Protaseviç və onun yoldaşı Sofiya Sapeqanı həbs edib.
Təhqiqatlardan sonra məhkəmənin sözçüsü Anna Ptaşek bildirib ki, Varşava regional məhkəməsi Polşada qeydiyyatdan keçmiş təyyarənin marşrutunun dəyişdirilməsində iştirak edən "üç nəfərə həbs qərarı çıxarıb".
Polşa Dövlət Prokurorluğu həmin şəxslərin Belarus Aviasiya Agentliyinin keçmiş direktoru, Minsk hava yollarına nəzarət qrupunun rəhbəri və Belarus Dövlət Təhlükəsizliyi Komitəsinin əməkdaşı olduğunu bildirib.
Hər üç şəxs Polşadan kənarda yaşasa da, Ptaşek məhkəmə qərarının "prokurorlara onları beynəlxalq səviyyədə təqib etmək üçün prosedurları həyata keçirməyə imkan verdiyini" deyib.
Məhkəmə təyyarənin marşrutunu dəyişdirdiyinə görə hər üç şəxsi "terror aktının" təşkilində ittihamlardan 15 ilə qədər həbs cəzası gözlədiyini bildirib.
Polşanın Gazeta Wyborcza qəzeti bunu uçuş günü Minsk hava limanının idarəetmə qülləsindən nəzarətçi tərəfindən sızdırılan səs yazısına istinad edərək, yayımlayıb. Həmin nəzarətçi sonradan Polşaya qaçıb.
2022-ci ilin yanvarında Nyu-York federal məhkəməsi dörd belaruslunu "təyyarə qaçırmaq üçün sui-qəsd sövdələşməsində" ittiham edib.
BMT-nin Beynəlxalq Mülki Aviasiya Təşkilatı təxribatı "qanunsuz" adlandırıb.
BMT 2022-ci ilin iyulunda verdiyi bəyanatda bomba xəbərdarlığının "qəsdən yalan" olduğunu və "Belarusun yüksək vəzifəli dövlət məmurları" tərəfindən sifariş verildiyi deyib.
Protaseviç 2023-cü ildə səkkiz il həbs cəzasına məhkum edilsə də, tərəfdaşlarının məcbur edilərək çəkildiyini dediyi "etiraf" videosundan sonra əfv edilib.