ABŞ və Böyük Britaniyanın kəşfiyyat rəhbərləri birgə essedə Ukraynaya dəstək çağırışı ediblər

9-09-2024, 09:34           
ABŞ və Böyük Britaniyanın kəşfiyyat rəhbərləri birgə essedə Ukraynaya dəstək çağırışı ediblər
Amerika Birləşmiş Ştatları və Böyük Britaniyanın xarici kəşfiyyat agentliklərinin rəhbərləri şənbə günü dərc olunan birgə essedə bildiriblər ki, Rusiya ilə münaqişədə Ukraynaya davamlı dəstək vacibdir.

Onlar öz agentlikləri arasında əməkdaşlığı genişləndirməyə və digər qlobal problemləri həllində işləməyi vəd verdilər.

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Vilyam Börns və Britaniyanın MI6 məxfi kəşfiyyat xidmətinin rəhbəri Riçard Mur Financial Times qəzetində rəy məqaləsi yazıblar.

Bu, iki agentliyin rəhbərlərinin ilk dəfə nəşr etdirdikləri birgə essesidir.

Kəşfiyyat rəisləri vurğulayıblar ki, onların tərəfdaşlığı ABŞ və Britaniya arasında “xüsusi münasibətlərin” təməl daşıdır.

Onlar qeyd ediblər ki, onların qurumları 75 il əməkdaşlıq edib və Rusiyanın Ukraynaya qarşı təcavüzünə qarşı birgə mübarizə aparırlar.

“Rusiya prezidenti Vladimir Putin Ukraynanın suverenliyini və müstəqilliyini söndürməyə müvəffəq olmayacaq”, birgə essedə deyilir.

Onlar Ukrayna kəşfiyyatına dəstəyi davam etdirməyi öhdəliyi götürüblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.