Sabiq prezident braziliyalıları aksiyaya çağırdı – Onminlər meydanda

9-09-2024, 11:34           
Sabiq prezident braziliyalıları aksiyaya çağırdı – Onminlər meydanda
Braziliya sakinləri Ali Məhkəmənin ölkədə X sosial şəbəkəsini bloklamaq qərarına etiraz olaraq nümayişə çıxıblar.

SAVASH.MEDİA xarici KİV-ə istinadən xəbər verir ki, on minlərlə insanın qatıldığı mitinq Braziliyanın Müstəqillik Günündə San-Paulu şəhərinin mərkəzində keçirilib.

Qeyd edək ki, braziliyalıları bu addımı atmağa ölkənin eks-prezidenti Jair Bolsonaro çağırıb.

“Azadlığı olmayan bir ölkənin bu günü qeyd etmək haqqı yoxdur. Biz diktatorların tərəfində olan və ən əziz bildiyimiz dəyərə – azadlığımıza qarşı çıxan bir hökumətlə üz-üzəyik”, – deyə o, sentyabrın 4-də İnstaqramda yazıb.

Sabiq prezidentinin tərəfdarları mitinqə Braziliyanın milli rənglərində – sarı və yaşıl geyimdə çıxıblar. Sosial şəbəkələrdə yayılan görüntülərdə minlərlə insan görünür. Onlardan bəziləri X sosial şəbəkəsinin sahibi İlon Maska dəstək posterləri ilə mitinqə gəliblər.

Braziliyanın Ali Məhkəməsi avqustun sonunda ölkədə X-ə girişi bloklamaq qərarı şıxarıb. Sosial şəbəkəyə VPN vasitəsilə daxil olmağa görə cərimələr tətbiq edilib. Bu, hər gün 9 min dollardır. Qərara əsasən İlon Maskın SpaceX şirkətinin Starlink peyk internet xidmətinin hesabları dondurulub. Bu qərar X-dan 3 milyon dollar cərimə qoparmağa cəhd göstərməkdir.

Məhkəmə araşdırmasına X şəbəkəsinin Jair Bolsonaronun sağçı partiyası ilə əlaqədə olan qanunvericilərin və demokratiyanı pozmaqda ittiham olunan fəalların hesablarını bloklamaqdan imtina etməsi səbəb olub. “AtlasInte”nin sorğusuna əsasən, braziliyalıların demək olar ki, 51%-i məhkəmənin qərarı ilə razılaşmadığını, təxminən 48%-i isə bu addımı dəstəklədiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru