Gürcüstan Qərbin dayandırdığı layihələri büdcədən kompensasiya etmək istəyir

9-09-2024, 08:38           
Gürcüstan Qərbin dayandırdığı layihələri büdcədən kompensasiya etmək istəyir
“Gürcüstan hakimiyyəti Qərbin dayandırdığı layihələri büdcədən asanlıqla kompensasiya edə bilər”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.

“Son 4 ildə büdcəmiz 10 milyard lari (3,71 milyard ABŞ dolları) artıb. Büdcəmizlə müqayisədə onların layihələri dənizdə bir damladır. Məsələn, Avropa Birliyi ildə kənd təsərrüfatına 5 milyon avroya yaxın sərmayə qoyur , Gürcüstan hökuməti isə 330 milyon lari (110 milyon avro)”, - İrakli Kobaxidze jurnalistlərə bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.